Главная > Siyasət > Qənirə Paşayeva pakistanlı deputata məktub verdi
Qənirə Paşayeva pakistanlı deputata məktub verdi7-10-2020, 13:42. Разместил: azadses |
“Dost və qardaş Pakistan İslam Respublikasının Milli Assambleyasında fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupu əlaqələndiricisi cənab Murteza Caved Abbasi və Senatda fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupu əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmuda rəhbərlik etdiyim Pakistan-Azərbaycan parlamentlərarası işçi qrupu adından Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı haqda məlumat verdim”. ''Azad Səs'' xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, məktubda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından mülki əhalini intensiv şəkildə atəşə tutması qeyd edilib. Вернуться назад |