Главная > Siyasət > Prezidentin köməkçisi: "Biz xain, alçaq düşmənlə üzbəüzük"
Prezidentin köməkçisi: "Biz xain, alçaq düşmənlə üzbəüzük"5-10-2020, 16:49. Разместил: azadses |
“Dünən hər bir vətəndaşımız qürur hissi ilə Ali Baş Komandanın müraciətini izləyib. Biz xain, alçaq düşmənlə üzbəüzük. Bu gün hər bir vətəndaşımız möhkəmdir”. “Azad Səs” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir: “Biz haqq yolunda fəlaiyyətimizi davam etdiririk. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər bir məqamda onların layiqli cavablarını verirlər. Qarabağ bizimdir”. Вернуться назад |