Главная > Siyasət > Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlılarla bağlı statistika
Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlılarla bağlı statistika3-10-2020, 14:47. Разместил: azadses |
"Ermənistan silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr tarixindən hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub". "Azad Səs" xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır: “Həlak olan dinc sakinlərin 8-i Tərtər, 5-i Goranboy, 4-ü Ağdam, 2-si isə Füzuli rayon sakinləridir”. O həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür: "Onlardan 53-ü kişi, 6-sı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i Cəbrayıl sakinləridir”. Вернуться назад |