Главная > Siyasət > Ermənilər Tərtəri yenə atəşə tutur

Ermənilər Tərtəri yenə atəşə tutur


3-10-2020, 10:06. Разместил: azadses
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur. 
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 
Oktyabrın 3-ü saat 08:00-dan etibarən düşmən dinc əhalini növbəti dəfə hədəf alır. 
Ermənilərin növbəti dəfə atdığı top mərmiləri şəhərin mərkəzi küçələrinə düşür. Nəticədə mülki evlərə, mülki obyektlərə və inzibati ərazilərə ziyan dəyib. 
Azərbaycan Ordusu düşmənə lazımi cavab verir, döyüşlər davam edir. 
Qeyd edək ki, dünən - oktyabrın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. 

Вернуться назад