Главная > Siyasət / Cəmiyyət > Ali Məhkəmənin hakimləri Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüb
Ali Məhkəmənin hakimləri Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüb2-10-2020, 10:25. Разместил: azadses |
Ali Məhkəmənin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi, vətəndaşlarımızın kütləvi könüllü olaraq orduya yazılması bir daha onu göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyur və qətiyyətli dəstək verir. Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüb. Вернуться назад |