Главная > Siyasət / Cəmiyyət > “Yaralı əsgərlərimiz tez sağalıb döyüşə qayıtmağa can atırlar”

“Yaralı əsgərlərimiz tez sağalıb döyüşə qayıtmağa can atırlar”


2-10-2020, 09:18. Разместил: azadses
“Torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşlərdə yaralanan hərbçilərimiz tez sağalmaq və döyüş xəttinə yollanmaq üçün can atırlar”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkədəki paylaşımında bildirib.
O, qeyd edib ki, yaralanan hərbçilərimizi ziyarət etmək üçün dünən axşam Hərbi Hospitalda olub: “Hospitalın rəisi bildirdi ki, döyüşlərdə yaralanan hərbçilərimiz müalicədən sonra yenidən cəbhə xəttinə qayıdırlar. Onların arasında yenidən döyüş xəttinə qayıtmaq və əsgər dostlarının yanında olmaq üçün yüksək əhval- ruhiyyə var. Çox qürurverici haldır, əsgərlərimiz tez sağalmaq və yenidən döyüş xəttinə qayıtmağa can atırlar. Bu, Azərbaycan ordusundakı yüksək əhval-ruhiyyə və vətənpərvərlik səviyyəsini əyani şəkildə təsdiq edən faktdır. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işğalına son qoyulacağına inanırıq. Bizim işimiz haqq işidir!”

Вернуться назад