Главная > Siyasət / Cəmiyyət > Malik Həsənov: Bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anı oldu

Malik Həsənov: Bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anı oldu


1-10-2020, 16:29. Разместил: azadses
“Bu gün istər dünya, istərsə də ölkə mətbuatında əsas müzakirə mövzularından biri “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verlişdə aparıcıların suallarına  Azərbaycan Prezidenti  İlham Əliyevin intellektual və konkret cavablarının qarşısında    Ermənistanın baş naziri Nikol Paşinyanın aciz duruma düşməsidir. Ermənistan rəhbərliyi faktların saxtalaşdırılmasının hec bir  dövlətə dəstək qazandırmadığının bir daha şahidi oldu. Sərsəm bəyanatları ilə dünya ictimaiyyətinin diqqətini həqiqətlərdən uzaqlaşdırmağa cəhdlər göstərməyə adətkar olan Nikol Paşinyan ənənəsinə uyğun olaraq  dəlillərə əsaslanmayan  yalan və uydurmalar  söyləsə də,  artıq bu gedişlərin gərəksizliyinin fərqindədir. Baş verən təxribatlarda Azərbaycanı təqsirləndirən Ermənistanın baş naziri unutdu ki, sentyabrın 27-də  bir neçə istiqamətdən  müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək  yaşayış məntəqələrimizi,  hərbi mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələridir. Bunun nəticəsində  mülki əhali və hərbçilərimiz arasında  itkilər və yaralananlar var. Bu, bir daha Ermənistanın  Azərbaycana qarşı işğalçılıq siyasətini  davam etdirdiyini və bu siyasətin işğalçı dövlətin  faşist mahiyyətini  bütün dünyaya nümayiş etdirdiyini göstərir.”
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
 
M.Həsənov qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev növbəti dəfə  bir daha dünya miqyaslı lider olduğunu nümayiş etdirdi. Azərbaycan həqiqətlərini əsaslı şəkildə diqqətə çatdıran ölkə Prezidenti dövlətimizin dəyişməz mövqeyini də bəyan etdi: İşğal altında olan torpaqlarımiz azad ediləcək.
 
“Ermənistan qeyri-konstruktiv mövqeyi, təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesinin davam etdirilməsində maraqli olmadığını təsdiqləyir” söyləyən millət vəkli bildirib ki, rəsmi Bakı ən yüksək tribunalardan bəyan  edir ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Aparılan sülh danışıqlarının nəticəsi olmalıdır: “Ermənistanın baş naziri  qeyd olunan verilişdə diqqəti  yayındırmaq üçün  şər və böhtana əl atmaqla özünü daha da gülünc vəziyyətə saldı. Gah Azərbaycan Ordusunun cəbhə xəttində  qələbələrini inkar etdi, gah münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyündən danışdı, gah da dost, qardaş ölkə olan Türkiyənin  tərəf kimi döyüşlərdə iştirak etdiyini bildirdi. N.Paşinyanın bu  sayıqlamalarına cavab olaraq  dövlətimizin başçısı İlham Əliyev   Türkiyənin Azərbaycana mənəvi dəstək olduğunu, qardaş ölkənin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini yüksək dəyərləndirdiyini,  Türkiyənin döyüşlərdə iştirak etmədiyini diqqətə catdırdı. Təbii ki, işğalçı dövlətin belə yalanları dövriyyəyə buraxmasının məqsəd və məramı vardır. Ən əsası Türkiyənin  münaqişənin həllində vasitəçiliyinin gündəmdə olması işğalçı dövləti narahat etdiyindən  belə əsassız fikirlər səsləndirir.”»
 
M.Həsənov vurğulayıb ki, dövlətimizin başçisı İlham Əliyev Müdafiə Nazirliyinin  Mərkəzi  Hərbi Klinik Hospitalında  müalicə olunan yaralı hərbçilərlə görüşdəki çıxışında da bildirmişdir ki,  Azərbaycan bu günlərdə ona dəstək olan ölkələri, təşkilatları, insanları hec vaxt  unutmayacaq. Türkiyə, Pakistan, Əfqanıstan  birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bu qanlı döyüşlər bütün  Azərbaycan xalqı üçün həqiqət anı oldu. Biz görürük ki, kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi  tərəflər  sözünün arxasında durmur.  Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış  yersizdir.
 
“Cənab İlham Əliyev bu fikirləri ilə  dünyanın siyasi  mənzərəsini diqqətə çatdırmaqla yanaşı,  işğalçı dövlətin  ədalətin, haqqın yanında olan  dövlətlərə şər və böhtan atmasının gərəksizliyini də  ortaya qoyur» söyləyən deputat onu da əlavə edib  ki, bu gün  müxtəlif təşkilatlar, dövlətlərin rəhbərləri məsələ ilə maraqlanır, döyüşlərin dayandırılmasını istəyir, məsələnin sülh danışıqları ilə  həllinin vacibliyindən bəhs edirlər: «Azərbaycan 30 ildir ki, sülh siyasətinə üstünlük verir, daim beynəlxalq təşkilatların tribunasından bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilsin, bu prinsiplərin  icrası üçün vahid mexanizm müəyyənləşdirilsin. 30 il susan  dünyanın bu gün Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə aldığını, erməni ordusunun Azərbaycan əsgəri qarşısında duruş  gətirmədiyini görüb ayağa qalxaraq Azərbaycana dəstək göstərməsi və döyüşlərin dayandırılmasına çağırışlar etməsi onların siyasətinin əsas mahiyyətini ortaya qoyur. Məhz dövlətimizin başçısı İlham Əliyev  Ermənistanın bu dəstəklərdən ərköyünləşməsinin nəticəsi olaraq ortaya atdığı yalan məlumatları həqiqətlər əsasında alt-üst etdi.»
 
Millət vəkili qeyd edib ki, Nikol Paşinyanın Azərbaycan Prezidentinin qarşısında belə rəzil duruma düşməsi ilk dəfə deyil. Dövlətimizin başçısı ilə debatlara  çıxarkən  Ermənistanın baş naziri hər zaman  tarix və siyasət dərsi alıb”. Növbəti dərs Paşinyanı ciddi düşündürməlidir: «Təkcə 2020-ci ilin ötən dövründə, dünyanın COVID-19-la mübarizə apardığı bir zamanda  Ermənistanın təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək, yeni ərazilərin işğalı ilə bağlı planlar hazırladığını, müharibəyə hazırlaşdığını görərik ki, bunu dövlətimizin başçısı İlham Əliyev BMT tribunasından bəyan etmişdir.  Bunu «görməyən» yalnız  bəzi dövlətlər, təşkilatlardır ki, onlar diplomatik mübarizədə məğlub olan Ermənistanın hazırda döyüş meydanındakı məğlubiyyətindən də narahatlıq keçirirlər. Dövlətimizin başçısı İlham Əliyev  bir daha bəyan edir ki, bizim bir şərtimiz var: Erməni işğalçıları qeyd-şərtsiz, tam və dərhal bizim torpaqlarımızdan çıxmalıdırlar.  Əgər bu şərtə Ermənistan hökuməti əməl edərsə döyüşlər dayanacaq, qan tökülməyəcək.  Biz məsələnin həllini istəyirik.»



Вернуться назад