Главная > Siyasət / Cəmiyyət > Bağ evini satıb orduya 50 minlik dəstək verdi
Bağ evini satıb orduya 50 minlik dəstək verdi30-09-2020, 17:22. Разместил: azadses |
Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhədə başlayan gərginlikdən sonra bir çox şirkətlər dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürürlər. ''Azad Səs'' "Qafqazinfo"-ya istinadən xəbər verir ki, böyük şirkətlərlə yanaşı, artıq fiziki şəxslər də bu dəstəyə qoşulub. Onlardan biri də Bibiheybət sakini, fərdi sahibkar Xanlar Hüseynovdur. O Bilgəh ərazisində yerləşən bağ sahəsini sataraq 50 min manat məbləğində pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb. Həmin şəxs daşınmaz əmlakının alqı-satqı müqaviləsinin 1 nüsxəsini də redaksiyamıza göndərib. Вернуться назад |