Главная > Siyasət > Deputatın əməliyyat olması Bakıda ciddi narahatlıq doğurdu

Deputatın əməliyyat olması Bakıda ciddi narahatlıq doğurdu


20-12-2019, 14:30. Разместил: azadses
Mahir Aslanov: "Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə"
V çağırış Milli Məclisin deputatı Mahir Aslanovun əməliyyat olunması xəbəri Bakıda ciddi narahatlıq doğurdu.
Azadsəs-in məlumatına görə, əvvəlcə M.Aslanovun köməkçisi Modern.az-a deputatın Mahir Aslanov səhhətində yaranan problemlə bağlı danışdı. Köməkçisi jurnalistə Mahir Aslanovun səhhətinin yaxşı olmadığını bildirib: “Mahir müəllim hazırda xəstədir. Ürəyinin iki damarı tutulduğuna görə əməliyyat keçirib. Ona görə hələ ki suallarınızı cavablandıra bilməyəcək”.
Amma daha sonra "Report"a açıqlama verən deputat bildirib ki, səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlar ictimaiyyətə olduğu kimi təqdim edilməyib:
"Sadəcə olaraq, bu məlumatları şişirdiblər. Bir söz deyirəm, dərhal şişirdirlər. Mən xəstəxanada deyiləm. Hazırda Bakıda öz evimdəyəm, işimdə-gücümdəyəm. Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə. Mənə görə narahat olublar. Hər şey yaxşıdır, səhhətim də əladır".
Qeyd edək ki, M.Aslanovun ürəyindən əməliyyat olunduğu və iki stend qoyulduğu barədə məlumatlar yayılıb.




Вернуться назад