Главная > Siyasət / Cəmiyyət > Azərbaycanlı xakerlər Ermənistanın itkilərini İrəvan sakinlərinə çatdırıb

Azərbaycanlı xakerlər Ermənistanın itkilərini İrəvan sakinlərinə çatdırıb


30-09-2020, 13:47. Разместил: azadses
Azərbaycanlı xakerlər ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları, Ermənistan ordusunun ciddi itkiləri və düşmənin məğlubiyyəti barədə İrəvan sakinlərinə dəqiq və dolğun məlumatların çatdırılmasını təmin edib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, Azərbaycan xakerləri bunu İrəvanda yerləşən mağazaların birindəki müşahidə kameraları vasitəsilə həyata keçirib.
Belə ki, azərbaycanlı xakerlərin sayəsində İrəvandakı "Tea & Coffee Planet" dükanında satıcı və müştərilər üçün hər axşam cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə  dürüst məlumatlar verilir.

Вернуться назад