Главная > Siyasət / Dünya > Malayziya XİN Azərbaycana dəstək bəyanatı yaydı
Malayziya XİN Azərbaycana dəstək bəyanatı yaydı30-09-2020, 13:21. Разместил: azadses |
“Malayziya BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla, münaqişənin həlli üçün beynəlxalq hüquqa əsaslanan bütün səyləri dəstəkləyir”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Malayziya sentyabrın 27-dən Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların bərpasından sonra təhlükəsizlik baxımından vəziyyətin gərginləşməsinə görə dərin narahatlığını bildirir. Malayziya hərbi əməliyyatlar nəticəsində həlak olan dinc sakinlərə görə dərin təəssüf hissi keçirir. Malayziya beynəlxalq ictimaiyyətin Ermənistan və Azərbaycanın maksimum dərəcədə təmkinli olmaları və iki qonşu arasında gərginliyin azaltmaq üçün konkret addımlar atması çağırışlarını dəstəkləyir. Malayziya maraqlı tərəfləri dialoq və diplomatiya yolu ilə münaqişənin sülh yolu ilə həllinə üstünlük verməyə davam etməyə çağırır”, - bəyanatda bildirilib. Вернуться назад |