Главная > Siyasət > Paşinyan: “Ermənistan Qarabağın müstəqilliyini tanıya bilər” - "İnterfaks" agentliyi

Paşinyan: “Ermənistan Qarabağın müstəqilliyini tanıya bilər” - "İnterfaks" agentliyi


30-09-2020, 10:04. Разместил: azadses
Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma rejimin (Dağlıq Qarabağ – işğal edilən Azərbaycan torpağı) müstəqilliyini tanıma imkanlarını nəzərdən keçirdiyini bildirib.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb.
Onun sözlərinə görə, hökumətin gündəmdə belə bir variantı var.
“Ermənistanla Qarabağ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin imzalanması ehtimalı var” deyə Nazirlər Kabineti rəhbəri əlavə edib.
Paşinyan variantların hələ də müzakirə edildiyini və qərarların “bəzi amillərdən asılı olaraq” veriləcəyini qeyd edib.
Sentyabrın 27-də Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi əks-hücum əməliyyatına başladığını elan edib.
Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfdən mülki və hərbi itkilər var. Ermənistanda hərbi vəziyyət və səfərbərlik, Azərbaycanda qismən səfərbərlik elan edilib, bəzi şəhərlərdə hərbi vəziyyət tətbiq edilib.

Вернуться назад