Главная > Siyasət / Cəmiyyət > Müdafiə Nazirliyi daha bir açıqlama yaydı
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı29-09-2020, 08:55. Разместил: azadses |
“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil” ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil". Вернуться назад |