Главная > Siyasət > Ermənistan hökuməti ermənilərin Qarabağdan təxliyə planını hazırlayır

Ermənistan hökuməti ermənilərin Qarabağdan təxliyə planını hazırlayır


28-09-2020, 15:56. Разместил: azadses
Ermənistanda Dağlıq Qarabağ əhalisinin təxliyə planı hazırlanır.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.
Müxbirin ermənilərin Qarabağdan təxliyəsi ilə bağlı sualına cavabında səfir deyib: “Belə planlar hazırlanır. Ümid edirik ki, vəziyyət o həddə çatmayacaq”.



Вернуться назад