Главная > Siyasət > Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlandı

Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlandı


27-09-2020, 17:17. Разместил: azadses
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı  açıqlamasında deyib.
Polkovnik Vaqif Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.

Вернуться назад