Главная > Siyasət > Türkiyə XİN: Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq
Türkiyə XİN: Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq27-09-2020, 12:07. Разместил: azadses |
“Beynəlxalq hüququn açıq şəkildə pozuntusu olan və mülki itkilərə də yol açan erməni hücumlarını şiddətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olduğunu bir daha göstərdi”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb. “Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını əlbəttə istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq”. “Beynəlxalq ictimaiyyəti də haqlının yanında durmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və Can Azərbaycana başsağlığı diləyirik”. Вернуться назад |