Главная > Siyasət > İlham Əliyev Zelenskiyə başsağlığı verdi

İlham Əliyev Zelenskiyə başsağlığı verdi


26-09-2020, 14:16. Разместил: azadses
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib.
 
''Azad Səs'' xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Вернуться назад