Главная > Siyasət > Səfərbərlik zamanı qızlar da çağırılacaq - MÜHARİBƏ OLARSA...
Səfərbərlik zamanı qızlar da çağırılacaq - MÜHARİBƏ OLARSA...26-09-2020, 13:33. Разместил: azadses |
Bildiyimiz kimi, cəbhə bölgəsində vəziyyət gərginləşib. Atəşkəsin pozulması halları davam edir. Bəs, mümkün müharibə zamanı qadınlar da səfərbərliyə cəlb oluna bilərmi? ''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Ramil Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, vətəndaş deyiləndə qadın və ya kişi fərq etməməlidir: “Bu çox maraqlı bir situasiyadır. Müharibə zamanı kişilərlə yanaşı qadınlar da hərbi xidmətdə iştirak edə bilərlər. Bugünki Azərbaycanda kifayət qədər qadın orduda xidmət edir. Onlar müxtəlif hərbi rütbələr daşıyırlar. Adətən deyirlər ki, qadınlar döyüşməz, bu, kişilərin işidi. Əlbəttə, kişilər döyüşməlidi, lakin hərbi əməliyyat keçirilən bölgələrdə bir çox işlər var ki, onları məhz qadınlar edirlər. Xatırladaq ki, brinci Qarabağ müharibəsi illərində qadınların kişilərlə birgə cəbhədə döyüşməsinin şahidi olmuşuq”. Ekspert onu da qeyd edib ki, xarici ölkələrdə yaşayan vətəndaşlarımız səfərbərlik zamanı ordu sıralarına çağırıla bilər: “Xarici ölkələrdə yaşayan azərbaycanlılar yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməyiblərsə, səfərbərlik zamanı onlar da orduda xidmət edə bilərlər. Amma yaşadığı ölkənin vətəndaşlığını qəbul edən azərbaycanlılar sadəcə həmyerlimiz, soydaşımızdır. Onların orduda iştirakı könüllü şəkildə baş tuta bilər. Bundan əlavə, Azərbaycan vətəndaşlığını qəbul etmiş hərkəs səfərbərlik zamanı ordu sıralarında iştirak edəcək”. Вернуться назад |