Главная > Siyasət > Anar Rəsulov vəzifəsindən azad edildi

Anar Rəsulov vəzifəsindən azad edildi


23-09-2020, 16:10. Разместил: azadses
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 4-cü Ərazi şöbəsinin müdiri (Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsi) Anar Rəsulov işdən çıxıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, o, öz ərizəsi əsasında vəzifədən azad olunub.
 
A.Rəsulov Xarici İşlər Nazirliyində (XİN) diplomatik fəaliyyətə başlayıb və Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifəyə təyin olunub. O, artıq Tbilisiyə gedib və vəzifəsinin icrasına başlayıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla  Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edillib. F.Quliyev səfir təyin olunana qədər Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb.Report

Вернуться назад