Главная > Siyasət > Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT22-09-2020, 14:52. Разместил: azadses |
Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub. Oxu.Az-ın İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əmr imzalayıb. Əmrə əsasən, Rafət Qurbanov Goranboy RİH başçısının müavini - sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu vəzifəni Elçin İsmayılov yerinə yetirib. O, uzun müddət rayonun icra başçısı olmuş Nizaməddin Quliyevin dövründə də müavin vəzifəsində çalışıb. N.Quliyev daha sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2019-cu ilin 19 dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs edilib. Daha sonra Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əmri ilə Elçin İsmayılov işdən çıxarılıb.Oxu.az Вернуться назад |