Главная > Siyasət > Şəhid çavuşla vida mərasimi keçirilir

Şəhid çavuşla vida mərasimi keçirilir


21-09-2020, 14:57. Разместил: azadses
Şəhid çavuşla vida mərasimi keçirilir
Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədovun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib.
''Azad Səs'' xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, hazırda yaşadığı evdə şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon sakinləri iştirak edirlər.
Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.


Вернуться назад