Главная > Siyasət / Manset > ABŞ Senatı "erməni soyqırımı" layihəsini qəbul etdi
ABŞ Senatı "erməni soyqırımı" layihəsini qəbul etdi13-12-2019, 09:18. Разместил: azadses |
İclasdakı senatorlardan qətnaməyə etiraz edən olmayıb ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul edib. Qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər. Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb. İndi qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək. Xatırladaq ki, oktyabrın 29-da isə Nümayəndələr Palatasının Baş Məclisi 11 senator əleyhinə, 405-i isə lehinə səs verməklə 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qətnamə qəbul etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrda ABŞ-a etdiyi səfərdən sonra Respublikaçı senatorlar Lindsey Graham və daha sonra David Perdue qətnamənin Senatda səsverməsinin qarşısını almışdılar. Вернуться назад |