Главная > Siyasət > “Ümidvarıq ki, bu qərar əsəb və hikkə savaşından barış mühitinə qayıtmağa təkan olacaq”
“Ümidvarıq ki, bu qərar əsəb və hikkə savaşından barış mühitinə qayıtmağa təkan olacaq”18-09-2020, 17:55. Разместил: azadses |
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına münasibət bildirib. O, "Qafqazinfo" ya açıqlamasında qeyd edib ki, siyasi mənsubiyyəti müxtəlif olan yüzlərlə tanınmış simanın ölkə prezidentinə müraciəti Tofiq Yaqublu ilə bağlı gedən növbəti məhkəmə baxışında humanist qərarın çıxarılmasına-məhbusun ev dustaqlığına buraxılmasına səbəb oldu: "Ümidvarıq ki, atılan addım hakimiyyətlə münasibətləri kəskinləşdirməyə, gündəlik olaraq. müxtəlif adamların portretləri və ideoloji-siyasi düşmənçiliyi dərinləşdirən şüarları üzərindən dövlət rəhbərliyini hədəf seçənləri durduracaq, əsəb və hikkə savaşından dialoq və barış mühitinə qayıtmalarına təkan olacaqdır. Tofiq Yaqublunun azadlığı üçün imzasını verən və heç bir siyasi mənsubiyyyət daşımayan adamların həqiqi məqsədlərini-ölkəmizdə milli həmrəyliyə nail olunması və nifrət dili ilə yaradılan siyasi qarşıdurmlara son qoyulması istəyini iqtidarla bərabər müxalif qüvvələr də eyni məsuliyyətlə qəbul etməlidir. Prezidentə səmimi duyğularla müraciət edən Zeynəb Xanlarova, Anar, Çingiz Abdullayev kimi tanınmış mədəniyyət xadimlərinin sözü, çağırışı dövlətimizə inamın, onun xeyirxahlığına və humanizminə əminliyin ifadəsi olmaqla yanaşı, həm də həbsxanadan kənar sivil mübarizəyə xidmət etməli olan bütün partiyalara, hərəkatların üzərinə qoyulan mənəvi öhdəlikdir. O insanların etibarını yerə vurmaq olmaz. Mərhəmətin coğrafiyasını, onun əhatə dairəsini genişləndirmək lazımdır. Tofiq Yaqublunu həyatına qəsddən xilas edən qərarı hüququn, siyasətin, mənəviyyatın, sabiltiyin əleyhinə çevirmək olmaz. Ümidvarıq ki, bütün qüvvələr barışın dili ilə danışmağa çalışacaqlar". Вернуться назад |