Главная > Siyasət > Dağlıq Qarabağla bağlı MÜZAKİRƏ: Moskvadan ABŞ səfirliyinə zəng edildi

Dağlıq Qarabağla bağlı MÜZAKİRƏ: Moskvadan ABŞ səfirliyinə zəng edildi


18-09-2020, 10:22. Разместил: azadses
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko telefonla ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivinla danışıqlar aparıb.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı əsas diqqət Belarusda baş verən son hadisələr, həmçinin Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyətə ayrılıb.

"Rusiya tərəfindən ölkədaxili proseslərə istənilən müdaxilə, vəziyyəti gərginləşdirmə və birtərəfli qaydada vasitəçilik xidmətlərinin kənardan sırınması cəhdlərinin yolverilməz olduğunu bildirilib", - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.(anews.az)

Вернуться назад