Главная > Siyasət > Tofiq Yaqublunun məhkəməsi sabaha təyin edilə bilər

Tofiq Yaqublunun məhkəməsi sabaha təyin edilə bilər


17-09-2020, 16:04. Разместил: azadses
Məhkəmənin hökmünə etiraz olaraq 15 gündən çoxdur aclıq aksiyası keçirən müsavatçı Tofiq Yaqublunun apelyasiya şikayəti aidiyyatı instansiyaya göndərilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, T.Yaqublu barəsindəki hökmdən Nizami rayon məhkəməsinə verilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
E.Sadıqov əlavə edib ki, T.Yaqublunun səhhəti nəzərə alınaraq, məhkəmə prosesi sabaha təyin edilə bilər.
Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

Вернуться назад