Главная > Siyasət > Ağdamda Azərbaycan və Türkiyə bayraqlarını endirmək istəyiblər? - AÇIQLAMA
Ağdamda Azərbaycan və Türkiyə bayraqlarını endirmək istəyiblər? - AÇIQLAMA17-09-2020, 09:33. Разместил: azadses |
Ağdam Rayon İcra Hakimiyyəti rayonun Dördyol qəsəbəsində ucaldılarn Türkiyə və Azərbaycan bayraqlarının endirilməsi iddialarına cavab verib. ''Azad Səs'' Baxar.az-a istinadən xəbər verir ki, İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru şöbəsinin müdiri Vüsal Mirzəyev məsələnin yanlış anlaşıldığını deyib. Onun sözlərinə görə, heç kim bayrağı endirmək istəməyib: “Xeyr, bayraqların endirilməsindən söhbət gedə bilməz. Orada sadəcə olaraq bayraqların standartlara uyğunlaşdırılması məsələsi var. Bayraqların hər biri fərqli ölçüdə idi. O səbəbdən eyni ölçüdə olması və daha yaxşı görünməsi üçün standart formada olan bayraqlarla dəyişdirilib. Vətəndaşlarla yaranan narazılıq da aradan qaldırılıb. Məsələ öz həllini tapıb. Həm Azərbaycan, həm də Türkiyə bayraqları hazırda öz yerindədir”. Qeyd edək ki, bir qrup şəxs sosial şəbəkədə video yayaraq, polis əməkdaşlarının Azərbaycan və Türkiyə bayraqlarının endirilməli olduğunu dediyini iddia etmişdi. (oxu.az) Вернуться назад |