Главная > Siyasət / Manset > Müsavat Partiyası: “Biz Ayaz Mütəllibovu deyil, İsa Qəmbəri nəzərdə tutmuşuq”

Müsavat Partiyası: “Biz Ayaz Mütəllibovu deyil, İsa Qəmbəri nəzərdə tutmuşuq”


11-12-2019, 11:24. Разместил: azadses
Müsavat başqanı Arif Hacılının 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkisində partiyanın hansı namizədlərlə iştirak edəcəyi barədə açıqlaması bəzi KİV-lərdə müzakirələrə səbəb olub.

A.Hacılının “bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var” sözlərini bəzi saytlar eks-prezident Ayaz Mütəllibovun nəzərdə tutulduğu kimi qələmə verib.

Azadsəs xəbər verir ki bu barədə Modern.az-a danışan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı iddiaları yalanlayıb. O qeyd edib ki, Arif Hacılının açıqlamasında qətiyyən Ayaz Mütəllibovdan söhbət getmir:


““Azərbaycanın prezidenti olmuş və  prezidenti olacaq şəxs” dedikdə Arif bəy İsa Qəmbəri nəzərdə tutur. Biz bu həftənin sonuna qədər parlament seçkilərində iştirak edəcək namizədlərimizi tam olaraq açıqlayacağıq”.


Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildə Milli Məclisin sədri olarkən, bir müddət Azərbaycan prezidentinin səlahiyyətlərini də icra edib. 


Вернуться назад