Главная > Siyasət > Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb

Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb


29-10-2019, 18:20. Разместил: azadses
                                              Ədliyyə Nazirliyində dəyirmi masa keçirilib
Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb.Azadses.az xəbər verir ki İstiPress-ə Ədliyyə Nazirliyindən verilən məlumata görə, bununla bağlı nazirlikdə keçirilən dəyirmi masada bildirilib.Dəyirmi masada məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər, icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, "Elektron icra" informasiya sisteminin tətbiqi qeyd olunub, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq bu ilin 9 ayında 776 mini ötməsi ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq praktikanın öyrənildiyi və pilot qaydada tətbiq ediləcəyi barədə məlumat verilib.






Вернуться назад