Главная > Siyasət > Rusiya Azərbaycanı hərbi təlimlərə dəvət etdi

Rusiya Azərbaycanı hərbi təlimlərə dəvət etdi


12-09-2020, 14:47. Разместил: azadses
Rusiya "Qafqaz-2020" strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün Azərbaycan hərbçilərini dəvət edib.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin xarici hərbi attaşelərə üçün brifinq zamanı deyib .
O bildirib ki, quru qüvvələri qrupunun tərkibində fəaliyyətlərin həyata keçirilməsi üçün Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan olan hərbi birləşmələr təlimə dəvət edilib:
"Bundan başqa, Xəzər hövzəsindəki təlimlərdə iştirak üçün Azərbaycan və İran dəvət olunub"
Təlimlərin iki mərhələdə aparılacağı elan edilib. Birinci mərhələdə hərbi komandanlıq və nəzarət orqanları şərti hərbi-siyasi vəziyyətdə döyüş əməliyyatları planlaşdıracaq. İkinci mərhələ üçün isə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları planlaşdırılır.
"Qafqaz-2020" strateji komanda-qərargah təlimləri sentyabrın 21-26-da keçiriləcək. //Trend


Вернуться назад