Главная > Siyasət > Siyavuş Novruzov YAP-ın qərargahını tərk etdi
Siyavuş Novruzov YAP-ın qərargahını tərk etdi12-09-2020, 10:30. Разместил: azadses |
Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, S.Novruzov partiyanın qərargahına gəlmir. Onun kabineti də boşaldılıb. Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur. Qeyd: S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. Вернуться назад |