Главная > Siyasət > Nizami Xudiyevin prokuror müavini olan oğlu işdən çıxarıldı
Nizami Xudiyevin prokuror müavini olan oğlu işdən çıxarıldı12-09-2020, 10:17. Разместил: azadses |
Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib. Unikal.org-un əldə etdiyi məlumata görə, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb. Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib. Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir. Вернуться назад |