Главная > Siyasət > “Səttar Möhbalıyev Bakıda öz iş yerindədir”

“Səttar Möhbalıyev Bakıda öz iş yerindədir”


11-09-2020, 14:02. Разместил: azadses
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qurumun sədri Səttar Möhbalıyevlə bağlı araşdırma aparılması haqda iddialara cavab verib. 
“Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki, son günlər sosial mediada sədr, millət vəkili Səttar Möhbalıyevlə bağlı dəqiq  faktlara əsaslanmayan məlumatlar yayılır. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bu xəbərləri sensasiya xatirinə yayılan, mənbəyi şübhə doğuran informasiyalar adlandırıb:
“Yayılan məlumatlarla əlaqədar bildiririk ki, AHİK-də hər hansı bir məsələ ilə bağlı yoxlama, araşdırma aparılmır, AHİK-in sədri Bakıda öz iş yerindədir və bu məsələlərlə bağlı  yayılan böhtan xarakterli,qərəzli məlumatların heç bir əsası yoxdur”.
Xatırladaq ki, son günlər Səttar Möhbalıyevin və AHİK-in nəzdində “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin yoxlanılması ilə bağlı xəbərlər yayılıb. 

Вернуться назад