Главная > Siyasət > Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI10-09-2020, 15:59. Разместил: azadses |
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib. “Unikal.org”un əldə etdiyi məlumata görə, Elmir Bağırovun əmri ilə, Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb. Onların yerinə hələlik təyinat yoxdur. Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Oxu.az Вернуться назад |