Главная > Siyasət > Azərbaycan Ordusunun komandir-rəis heyəti toplandı

Azərbaycan Ordusunun komandir-rəis heyəti toplandı


9-12-2019, 16:52. Разместил: azadses
Toplanış döyüş hazırlığı planına əsasən keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə toplanış keçirilir.
Toplanışda müdafiə nazirinin müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak edir. 
Toplantıdan əvvəl əvvəl şəxsi heyətin sıra baxışı keçirilib. Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılacaq. Toplanış zamanı iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, eləcə də atıcı silahlardan atışlar icra olunacaq.




Вернуться назад