Главная > Siyasət > Samir Nuriyeva daha bir vəzifə verildi — SƏRƏNCAM
Samir Nuriyeva daha bir vəzifə verildi — SƏRƏNCAM8-09-2020, 16:39. Разместил: azadses |
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. ''Azad Səs'' "Ölkə.Az"-a istinadən xəbər verir ki, sənədə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: “Komissiyanın sədri Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Komissiyanın üzvləri Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru Komissiyanın katibi Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Вернуться назад |