Главная > Siyasət > Dünyanın ən cavan baş naziri seçildi

Dünyanın ən cavan baş naziri seçildi


9-12-2019, 13:13. Разместил: azadses
34 yaşlı yeni nazir bu həftə vəzifələrinin icrasına başlayır
Finlandiyada dünyanın ən gənc baş naziri seçilib. Bu postu 34 yaşlı  Sanna Marin adlı xanım tutub. Buna kimi o ölkənin nəqliyyat və rabitə naziri vəzifələrini icra edib. 34 yaşlı Marinin liderlik etdiyi Sosial Demokratlar beş partiyalı koalisiyanın ən böyük siyasi hərakatıdır. 
Bu həftə ərzində vəzifəsinin icrasına başlayacaq Marin həm də ölkənin üçüncü qadın baş naziridir. Yeni nazir fəaliyyətə başlayanda Avropanın inkişaf etmiş dövləti sayılan Finlandiyada beş koalisiyanın bütün liderləri qadınlardan ibarət olacaq.
Xatırladaq ki, keçmiş baş nazir Antti Rinne ötən həftə artan etirazlar fonunda istefa verib. Rinne tətil edən poçt isçilərinin tələblərini dinləməməkdə ittiham edilirdi. 
"Heç bir zaman yaşımı və cinsiyyətimi düşünərək hərəkət etməmişəm. Mənim üçün önəmli olan siyasətə atılma səbəblərim və bizə olan etibardır", deyə yeni nazir bildirib. 




Вернуться назад