Главная > Siyasət > Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı

Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı


2-09-2020, 17:38. Разместил: azadses
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə çıxarılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, istintaq onların həbsdə saxlanma müddətinin baş çatmasını nəzərə alaraq məhkəməyə təqdimat verib. Hər iki şəxsin həbs müddətinin artırılması istənilib. Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edib. R.Bayramov və Z.Sultanovun həbs mmüddəti daha 3 ay uzadılıb.
Z.Sultanov tikinti işləri üçün ayrılan pullardan milyonluq “otkat”lar almaqda, Rafiq Bayramov isə tabeliyində olan idarələr və musiqi məktəblərindən aylıq on minlərlə manat məbləğində “tas” yığmaqda təqsirləndirilir.

Вернуться назад