Главная > Siyasət > Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Vilyam Hacıyevin həbs müddəti uzadıldı2-09-2020, 16:53. Разместил: azadses |
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həbsdə qalma müddəti uzadılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırovanın qərarı ilə istintaqın bu barədə təqdimatı təmin edilib və V.Hacıyevin həbs müddəti 3 ay artırılıb. Xatırladaq ki, mayın 6-da V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Вернуться назад |