Главная > Siyasət > Poroşenko Ukraynaya Rusiya ilə sərhəddə divar tikməyi təklif edib
Poroşenko Ukraynaya Rusiya ilə sərhəddə divar tikməyi təklif edib7-12-2019, 16:16. Разместил: azadses |
Ukrayna Donbasla deyil, Rusiya ilə sərhəddə divar tikməlidir. Azadsəs Lenta.ru-ya istinadən xəbərverir ki bu barədə “Pryamoy” telekanalının efirində Ukraynanın sabiq prezidenti Petro Poroşenko bəyan edib. O, cari dövlət başçısının müşaviri Andrey Yermakın Donbasla sərhəddə divar tikmək planları barədə bəyanata şərh verərkən bildirib.“Nə divar? Ukrayna öz ərazilərindən imtina edir? Divarı Rusiya ilə sərhəddə tikin, o sizə lazım olacaq”, - deyə Poroşenko bəyan edib. Bundan əvvəl Yerman Londonda forum zamanı bəyan etmişdi ki, Rusiya Ukrayna hökuməti ilə danışmaq istəmirsə, Kiyev divar tikəcək və həyat öz axarı ilə davam edəcək. Onun sözlərinə görə, Ukrayna donmuş münaqişə ssenarisi ilə yaşayacaq. Вернуться назад |