Главная > Siyasət > Milli Məclisin zallarına adlar verildi
Milli Məclisin zallarına adlar verildi27-08-2020, 11:18. Разместил: azadses |
Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalayıb. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otaqları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb. Bununla yanaşı, bildirmək istəyirik ki, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən istifadə etməyə imkan verən plenar iclas zalı və müstəqil Azərbaycanın memarı olan ümummilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir. Вернуться назад |