Главная > Siyasət > Braziliyalı jurnalist: Xocalı faciəsi bir daha təkrarlanmaması üçün soyqırımı kimi tanınmalıdır

Braziliyalı jurnalist: Xocalı faciəsi bir daha təkrarlanmaması üçün soyqırımı kimi tanınmalıdır


Dünən, 08:54. Разместил: azadses
Xocalı faciəsi bir daha təkrarlanmaması üçün soyqırımı kimi tanınmalıdır.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən ilk xarici jurnalistlərdən biri, braziliyalı Fabiana Ceyhan deyib.

O, Qarabağda gördüklərindən dəhşətə gəldiyini söyləyib:

“Qarabağ Ermənistanın işğalından azad edildikdən sonra əraziyə səfər edən ilk jurnalistlərdən biri olmuşam. Düzdür, müəyyən qədər riskli idi, çünki ərazidə çoxlu sayda mina var idi. Həmin vaxt nə hava limanı, nə də nəqliyyat imkanları var idi. Lakin biz risk edərək hər şeyi öz gözlərimizlə gördük".

F.Ceyhan bildirib ki, Qarabağ məsələsi onun üçün həyat missiyasına çevrilib:

"Çünki həm tarixi, həm də coğrafi baxımdan Qarabağın Azərbaycana məxsus olduğunu gördük".

Braziliyalı jurnalist xatırladıb ki, Xocalı kiçik bir şəhər idi, orada hərbi qüvvələr yox idi:

"Yəni Ermənistanın günahsız insanlara hücumunu heç nə ilə əsaslandırmaq mümkün deyil. Orada yalnız qadınlar, uşaqlar və ailələr var idi. Bu, böyük bir insan itkisidir və düşünürəm ki, dünya bu faciəni daim xatırlamalı və belə hadisələrin bir daha təkrarlanmaması üçün Xocalını tanımalıdır. Biz hamımız insanıq və haradan gəlməyimizdən asılı olmayaraq, Xocalı üçün sülh və ədalət naminə birləşməliyik".


Вернуться назад