Главная > Siyasət > BQXK Yaxın Şərqdə qalan şəxslərlə Azərbaycandakı qohumları arasında əlaqə yaradıb
BQXK Yaxın Şərqdə qalan şəxslərlə Azərbaycandakı qohumları arasında əlaqə yaradıb6-12-2024, 12:10. Разместил: azadses |
Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə 20 Qızıl Xaç Məktubu vasitəsilə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb. “Report”un xəbərinə görə, bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu ilin yanvar-iyun aylarındakı fəaliyyəti ərzində baş tutub. Bundan başqa, həmin müddət ərzində 706 nəfər, o cümlədən mina insidentlərinin təsirinə məruz qalmış şəxslər, mina qurbanlarının ailələri və Yaxın Şərqdən repatriasiya olunmuş uşaqlar, ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb. Вернуться назад |