Главная > Siyasət > Pənahov bələdiyyəyə seçilmək istəyənlərin sayını açıqladı

Pənahov bələdiyyəyə seçilmək istəyənlərin sayını açıqladı


28-10-2019, 17:07. Разместил: admin
Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O bildirib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi qadınlardır.
MSK sədrinin sözlərinə görə, müraciət edənlərin 80 faizə yaxını ali təhsilli namizədlərdir. M.Pənahov vurğulayıb ki, namizədlərin seçkilərdə iştirakı üçün bütün lazımi şərait yaradılıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.


Вернуться назад