Главная > Siyasət > Fuad Nağıyev: “Turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün yol xəritəsi müəyyən ediləcək”
Fuad Nağıyev: “Turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün yol xəritəsi müəyyən ediləcək”Dünən, 17:19. Разместил: azadses |
COP29 çərçivəsində qəbul ediləcək “Turizmdə Genişləndirilmiş İqlim Fəaliyyəti Bəyannaməsi” turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün aydın yol xəritəsini müəyyən edəcək. "Report" xəbər verir ki, bunu Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə deyib. O, vurğulayıb ki, COP tarixində ilk dəfə olaraq turizm tədbirini gündəminə daxil edib. O qeyd edib ki, qlobal turistlərin sayı artmaqda davam edir və əgər təcili tədbirlər görülməzsə, sektorun emissiyaları da artacaq: “Bu gün biz bir yolayrıcındayıq. Turizm sektoru ya biznesin adi gedişatını davam etdirə bilər, ya da aşağı karbonlu və bərpaedici gələcəyə keçidi təmin edə bilər. Biz inanırıq ki, turizm həllin bir hissəsi ola bilər”. Sədrin sözlərinə görə, COP29 çərçivəsində qəbul ediləcək “Turizmdə Genişləndirilmiş İqlim Fəaliyyəti Bəyannaməsi” turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün aydın yol xəritəsini müəyyən edəcək. Bu sənəd milli hökumətləri, özəl sektoru və vətəndaş cəmiyyətini birgə fəaliyyətə və transformativ dəyişikliklərə təşviq edir. O, Azərbaycanın dayanıqlı turizmi qlobal səviyyədə irəlilətmək üçün səylərini davam etdirdiyini vurğulayıb: “Sektorlar, sərhədlər və nəsillər arasında əməkdaşlıq etməklə turizm sektorunu dünyanın iqlim reaksiyasında xeyirli bir gücə çevirə bilərik. Bu istiqamətdə müzakirələrin məhsuldar olacağına inanırıq”. Вернуться назад |