Главная > Siyasət > Malayziya “BRICS” tərəfdaşı olmaq üçün dəvət alıb
Malayziya “BRICS” tərəfdaşı olmaq üçün dəvət alıb11-11-2024, 11:19. Разместил: azadses |
Malayziya iki həftə öncə “BRICS”ə tərəfdaş kimi qoşulmaq üçün dəvət alıb və tezliklə bu təklifə cavab verəcək. “Report” xəbər verir ki, bu barədə “TASS”a Malayziyanın Rusiyadakı səfir Çeonq Lun Lay məlumat verib. O izah edib ki, dəvət Malayziya tərəfindən fəal şəkildə nəzərdən keçirilir və tezliklə cavab gözlənilir. Səfir qeyd edib ki, dəvət Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənə yazılı şəkildə göndərilib. Xatırladaq ki, “BRICS” 2006-cı ildə yaradılıb. 2011-ci ildə Cənubi Afrika ilkin tərkibə (Braziliya, Rusiya, Hindistan və Çin) qoşulub. Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən assosiasiyanın tamhüquqlu üzvləri olublar. Вернуться назад |