Главная > Siyasət / Manset > Mikayıl Cabbarov erməni nazirin cavabını belə verdi
Mikayıl Cabbarov erməni nazirin cavabını belə verdi6-12-2019, 13:03. Разместил: azadses |
Simonyanın Şəhidlər xiyabanı haqqında təxribat çıxışı etmişdi Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Armen Simonyanın Şəhidlər xiyabanı haqda səsləndirdiyi təxribat xarakterlı fikrə cavab verib. İclasda Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan çıxışı zamanı bildirib ki: "Səfər proqramına Şəhidlər Xiyabanına ziyarət niyə daxil edilməli idi?! İrəvanda keçirilən 13-cü konfransda siyası məqsədlər güdülməmişdi. Hesab edirik belə platformaların proqramlara salınması qəbuledilməzdir". Nazir deyib ki, mədəni hissənin təşkilinə görə qonşularımızın reaksiyasını yaxşı anlayır. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. "Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir. Burda TRACECA-nın mövcudluğu sərgiləndi. Səfər proqramı qəbul edilən zaman o insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Sizin paytaxtınızda faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığıniz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək". Xatırladaq ki, bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib. Вернуться назад |