Главная > Siyasət > İran XİN: “Hizbullah”ın, növbəti lideri ilə indiki kursunu davam etdirəcəyinə əminik

İran XİN: “Hizbullah”ın, növbəti lideri ilə indiki kursunu davam etdirəcəyinə əminik


29-09-2024, 10:30. Разместил: azadses
Tehran Livanın “Hizbullah” hərəkatının, lideri Həsən Nəsrullahın ölümünə baxmayaraq, əsas məsələlərə yanaşmasını dəyişməyəcəyinə əmindir.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib

“Həsən Nəsrullah tərəfindən müəyyən edilmiş hərəkət istiqaməti dəyişməyəcək. Onun qarşıya qoyduğu vəzifələr yerinə yetiriləcək”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.


Вернуться назад