Главная > Siyasət > Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır


18-09-2024, 15:28. Разместил: azadses
Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri başlayır.

“Report” xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edəcək.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və “İstisu” mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.


Вернуться назад