Главная > Siyasət > Keçmiş məcburi köçkün: "30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram"

Keçmiş məcburi köçkün: "30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram"


5-09-2024, 13:01. Разместил: azadses
30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram.

"Report" xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən sabiq məcburi köçkün Gültəkin Kərimova söyləyib.

O qeyd edib ki, bu gün sevinc hissi kədər hissinə qarışıb:

"Mən Şuşada müəllim işləmişəm. Məcburi köçkün həyatımızı Bakıda Bilgəh qəsəbəsində yerləşən pansionatda yaşamışıq.

Sevinirəm ki, öz doğma yurduma qayıdıram, kədərlənirəm ki, bu illər ərzində doğmalarımızı itirdik, şəhidlər verdik. Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 30 ailə (102 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 177 ailənin (672 nəfərin) daimi məskunlaşması təmin edilib.


Вернуться назад