Главная > Siyasət > Səfir: Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil
Səfir: Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil26-07-2024, 08:00. Разместил: azadses |
“Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil”. “Report”un məlumatına görə, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Halperin “İzvestiya” qəzetinə bildirib. “İndi İranla danışıqlardan heç bir söhbət gedə bilməz”, - deyə o vurğulayıb. İran və İsrail arasında münasibətlər 2024-cü ilin aprelində pisləşib. Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna zərbələr endirib. Hücum zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun beş zabiti və iki generalı ölüb. Aprelin 13-də Tehran İsrailin hücumuna cavab olaraq yəhudi dövlətinə PUA-lar və raketlər atıb. İran rəsmiləri hədəflərin yalnız hərbi hədəflər olduğunu bildirib. Вернуться назад |